Şəkər tozu yenidən BAHALAŞIR - SƏBƏB
Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, sentyabrda dünyada şəkərin qiyməti aylıq müqayisədə 10,4 faiz artıb. Qiymətin kəskin yüksəlməsinin səbəbi dünyanın əsas şəkər istehsalçısı olan Braziliyada hava şəraitinin pisləşməsidir.
Sfera.az xəbər verir ki, şəkər aylıq müqayisədə bahalaşsa da illik müqayisədə xeyli ucuzlaşıb. Bu ilin sentyabrında şəkər ötən ilin eyni ayına nisbətən 22,7 faiz ucuzlaşıb.
Qeyd edək ki, şəkərin bahalaşması idxalçı ölkələrdə də qiymətlərə təsir edir. Azərbaycan şəkərə olan tələbatının 90 faizini idxal hesabına ödəyir. Son ayda dünyada şəkərin bahalaşması hələlik ölkəmizdə müşahidə edilmir.
Əgər sentyabrdakı artım növbəti aylarda da davam edərsə, o halda bahalaşma Azərbaycanda da qeydə alınacaq.
Vasif