6 min manat müavinəti belə ala bilərsiniz - Lazım olan SƏNƏDLƏR

6 min manat müavinəti belə ala bilərsiniz - Lazım olan SƏNƏDLƏR

““Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna təklif edilən dəyişikliklərə əsasən, bu kateqoriyaya daxil olan vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək”.

 

Bunu Sfera.az-a açıqlamasında deputat Vüqar Bayramov deyib. Millət vəkili qeyd edib ki, dəyişikliklər layihəsi Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin bu gün keçirilən iclasında müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

 

“Mövcud qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əməkhaqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurlar. Daha səmərəli sosial təminat məqsədilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilməsi təklif edilib. Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar”.

 

V.Bayramov bildirib ki, bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilərlər:

 

“O zaman bu sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surəti; əmək kitabçasının surəti; valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı. Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlərlə müraciət edib həmin müvainəti ala bilərlər. Bütün bunlarla yanaşı, bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...