Siyəzən polisi məktəblilərlə görüşdü - FOTO

Siyəzən polisi məktəblilərlə görüşdü - FOTO

Siyəzən Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

 

Sfera.az xəbər verir ki, tədbirdə RPŞ-nin əməkdaşları, məktəbin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər. 


Şagirdlərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Xəqani Məmmədov narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı bəhs edib, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə tədbir iştirakçılarını məlumatlandırıb.

 

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR