Gəncə terrorundan 4 il ötür

Gəncə terrorundan 4 il ötür

Bu gün Vətən müharibəsində Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən ilk raket hücumuna məruz qalmasından dörd il ötür.

 

Sfera.az xəbər verir ki, ermənilərin atdığı raketlər 2020-ci ilin oktyabrın 4-ü səhər saatlarında Gəncə şəhərində sakinlərin yaşadığı ikimərtəbəli binaya və fərdi yaşayış evlərinə düşüb.

 

Nəticədə Əliyev Tunar Qoşqar oğlu şəhid olub, digər 32 mülki şəxs isə yaralanıb. Həmçinin mülki infrastruktura və qədim tarixi tikililərə də ziyan dəyib.

 

Xatırladaq ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

 

Qeyd edək ki, Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunan Qarabağda qondarma rejimin “prezident”i olmuş Arayik Arutyunyan ötən il Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, 2020-ci ilin oktyabrın 4-də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi. 


OXŞAR XƏBƏRLƏR

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...