Bakıda yeniyetmələr arasındakı qanlı mübahisənin TƏFƏRRÜATI - VİDEO


Bakıda yeniyetmələr arasındakı qanlı mübahisənin TƏFƏRRÜATI - VİDEO

Məktəbli dərsdən sonra yaşadığı evin yaxınlığında bıçaqlanıb.

 

Sfera.az xəbər verir ki, ağır cinayət ötən gün paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş verib. 16 yaşlı Həsən Quliyevin aldığı xəsarətdən müalicə olunduğu xəstəxanada ölməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat daxil olub.

 

Prokurorluqdan verilən məlumata görə, bu cinayətdə şübhəli kimi məktəblinin həmyaşıdı saxlanıb. Araşdırmalarla müəyyən edilib ki, qəsəbə ərazisində aralarında yaranmış mübahisə zamanı o, bıçaqla Həsən Quliyevin bud nahiyəsinə xəsarət yetirib.

 

16 yaşlı yeniyetmənin qohumları deyirlər ki, Həsən Quliyev sakit uşaq olub. O, 71 nömrəli orta məktəbin 11-ci sinfində oxuyurmuş. Hadisəni törədən şəxs isə məktəbli deyil, ötən il 9-cu sinifdən sonra təhsilini davam etdirməyib.

 

Faktla bağlı saxlanan yeniyetmə barəsində "qəsdən sağlamlığa ağır zərərvurma - ölümlə nəticələndikdə" maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda ibtidai istintaq davam edir.

 


OXŞAR XƏBƏRLƏR

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...