Məşhur aktyorun ölümündə şübhəli bilinənlərdən biri günahını etiraf edib


Məşhur aktyorun ölümündə şübhəli bilinənlərdən biri günahını etiraf edib

Aktyor Metyu Perrinin ölümü ilə bağlı məhkəmə prosesi davam edir.
 

Sfera.az bildirir ki, ölümdə ittiham olunan iki həkimdən biri, 53 yaşlı həkim Mark Çaves ketaminin qeyri-qanuni verilməsinə görə günahını etiraf edib. Doktor Mark Çaves artıq həkimlik fəaliyyətini dayandırıb və pasportunu səlahiyyətlilərə təhvil verib. Onu 10 il həbs cəzası gözləyir. O, Los-Ancelesdə məhkəmə qarşısında çıxışı zamanı günahını razılaşmanın bir hissəsi kimi qəbul edib. Qeyd edək ki, Amerika qanunlarına əsasən, cinayəti etiraf etməklə cəza endirimi almaq mümkündür. 10 il bu iddia müqaviləsində göstərilən maksimum tövsiyə olunan cəzadır. Hakim hökmü 2 aprel 2025-ci ildə elan edəcək.


Keçən ay keçirilən məhkəmə iclası zamanı Çavez ittihamları qəbul edib və böyük jüri ittiham aktından imtina edib. Onun vəkili məhkəmədə bildirib ki, müvəkkili inanılmaz dərəcədə peşmandır və baş verən ədalətsizliyi düzəltmək üçün mümkün olan hər şeyi etməyə çalışır.


Məhkəmə sənədlərinə görə, Çaves Perrinin ölümü ilə bağlı ittiham olunan və əvvəllər özünü təqsirli bilməyən doktor Salvador Plasensiya da saxta reseptdən istifadə edərək aktyora ketamin verməkdə ittiham olunur.
 

Onu da qeyd edək ki, Plasensiya və Çaves aktyorun ölümü ilə bağlı ittiham olunan beş nəfər arasındadır. Perrinin şəxsi köməkçisi Kennet İvamasa və tanışı Erik Fleminq də, həmçinin Çaves də ittiham olunur. Onlar birlikdə mühakimə olunacaqlar. Onların məhkəməsi 2025-ci il martın 4-də, ilkin dinləmə isə fevralın 19-na təyin edilib.
 

Xatırladaq ki, 54 yaşlı Perri keçən il oktyabrın 28-də köməkçisi İvamasa tərəfindən vannasında ölü tapılıb. Los-Anceles Tibbi Ekspertiza İdarəsi daha sonra ölümün əsas səbəbi ketaminin olduğuna qərar verib. Aktyor dərmanı həkim resepti vasitəsilə qəbul edib. Lakin bu reseptdəki doza hər zamankı depressiya müalicəsi üçün təyin olunan dozadan fərqli olub.
 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Konsertdə evli müdirini öpən qadın işini itirdi - FOTOLAR

“Astronomer” texnologiya şirkətinin HR direktoru Kristin Kabot “Coldplay” konsertində evli müdiri Endi Bayron ilə cinayət başında yaxala...

AKP-nin deputatı qətlə yetirildi

AKP-nin Balıkəsirdən olan millət vəkili Mehmet Anıl Yüksel qətlə yetirilib.   Sfera.az xəbər verir ki, deputat silahlı hücuma məruz qalıb.   ...

Polis adi diş pastasına görə yollardan birini bağladı - FOTOLAR

Amerikanın Aşeboro şəhərində polis bir sıra qəzaların baş verdiyi yollardan birini bağlayıb. Hüquq-mühafizə orqanlarının dediyinə görə, ehtimal olunan səbəb nam...

Sosial şəbəkədə varlı görünmək istəyi gənc oğlana baha başa gəldi

Londonun mərkəzində bərbəri milyarderlə səhv salıb qaçırıblar. Belə ki, quldurlar 21 yaşlı belçikalı bərbərin zəngin kriptovalyuta alverçisi olduğunu düşünərək ...

Goranboyda meşəyə ildırım düşdü, yanğın başladı

Goranboy rayonunda meşəlik əraziyə ildırım düşüb və daha sonra ərazidə yanğın başlayıb.   Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə yerinə F...

Bankların və BOKT-ların istehlak kreditləri üzrə orta faiz dərəcələri AÇIQLANDI

2025-ci il iyun ayının sonuna banklar tərəfindən kredit kartı vasitəsilə verilən istehlak kreditlərinin orta faiz dərəcəsi ötən ilin eyni dövü ilə müqayisədə 2 ...