Ceyran Abbasovaya Zəngilanda yüksək vəzifə verildi

Ceyran Abbasovaya Zəngilanda yüksək vəzifə verildi

Zəngilan Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.

 

Əmrə əsasən, xəstəxananın direktoru vəzifəsi Ceyran Abbasovaya həvalə olunub. 

 

Direktorun kollektivə təqdimat mərasimində TƏBİB-in İcraçı direktorunun müşaviri Emil Xəlilov iştirak edib. E.Xəlilov tibb müəssisəsində keyfiyyətli tibbi xidmətin fasiləsiz təmin edilməsi, pasiyent məmnunluğunun artırılması istiqamətində həyata keçirilməsi zəruri olan tədbirləri qeyd edib.

 

Qeyd edək ki, Ceyran Abbasova 1985-ci ildə Zəngilan rayonunun Üdgün kəndində anadan olub. 2003-2009-cu illərdə Azərbaycan Tibb Universitetində, 2009-2010-cu illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.

 

C.Abbasova 2017-2022-ci illər ərzində Bakı şəhərində yerləşən 11 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında həkim-terapevt, 2022-2024-cü illərdə isə Ağalı Ailə Sağlamlıq Mərkəzində bölmə müdiri vəzifəsində çalışıb.

 


OXŞAR XƏBƏRLƏR

Türkmənistan Türk Dövlətləri Təşkilatına üzv ola bilər – Elşad Mirbəşiroğlu

Türkmənistanla Azərbaycan arasında münasibətlərdə son dövrlərdə yaxınlaşma müşahidə edilir. Keçmiş Türkmənistan prezidenti, hazırda Türkmənistan Xalq Məsləhətin...

Tramp nefti ucuzlaşdırmaq istəyir - Müttəfiqləri buna razı olacaqmı?

ABŞ neft qiymətlərinin aşağı salınmasına çalışır. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Onun fikrincə, Rusiyaya təzyiqin artırılması üçün neftin ucuzlaşmas...

Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb

Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-si axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan...

Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? - DİM

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün ixtisaslaşma seçimi iyulun 16-da başa çatıb.   İxtisaslaşma seçiminə m...

Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb - FOTOLAR

Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələri və qazilərlə növbəti görüş keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə Rİ...

Ağdamda uşaq bağçası istifadəyə verilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. &n...