Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək


Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək

Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir.

 

Sfera.az-ın xəbərinə görə, bu, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

 

Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir. Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.

 

Layihə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə edilib.


OXŞAR XƏBƏRLƏR

Tramp nefti ucuzlaşdırmaq istəyir - Müttəfiqləri buna razı olacaqmı?

ABŞ neft qiymətlərinin aşağı salınmasına çalışır. Bunu ABŞ Prezidenti Donald Tramp bildirib. Onun fikrincə, Rusiyaya təzyiqin artırılması üçün neftin ucuzlaşmas...

Bəzi rayonlarda leysan yağıb, şimşək çaxıb

Saat 11:00-a olan məlumata əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 17-si axşam saatlarında bəzi dağlıq rayonlarda qısamüddətli leysan...

Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? - DİM

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün ixtisaslaşma seçimi iyulun 16-da başa çatıb.   İxtisaslaşma seçiminə m...

Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb - FOTOLAR

Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələri və qazilərlə növbəti görüş keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə Rİ...

Ağdamda uşaq bağçası istifadəyə verilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. &n...

İlham Əliyev Ağdamda açılışlarda iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.   Sfera....