Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi

Bu küçədə avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Yasamal rayonunun Abbas Mirzə Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edib.

 

Sfera.az bu barədə AYNA-ya istinadən xəbər verir.

 

Məlumata görə, küçədə avtobus zolağının saat 07:00-21:00 aralığında qüvvədə olma vaxtını göstərən yol nişanı quraşdırılıb. Beləliklə, A.M.Şərifzadə küçəsində digər nəqliyyat vasitələrinin zolağa daxil olması ilə bağlı qadağa yalnız nişanda göstərilən saatlarda qüvvədədir.

 

Qaydalara riayət etməyənlər üçün 100 manat cərimə və 2 bal müəyyən edilib.

 

"Gündəlik 155 mindən çox sərnişinin daşındığı bu zolaqlar ictimai nəqliyyatın rahatlığı və səmərəliliyi üçün çox önəmlidir", - deyə AYNA bəyan edib.


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? - DİM

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün ixtisaslaşma seçimi iyulun 16-da başa çatıb.   İxtisaslaşma seçiminə m...

Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb - FOTOLAR

Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələri və qazilərlə növbəti görüş keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə Rİ...

Ağdamda uşaq bağçası istifadəyə verilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. &n...

İlham Əliyev Ağdamda açılışlarda iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.   Sfera....

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veri...

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...