Röya: "Ərim məni yaxın rəfiqəmlə aldadıb..." - VİDEO

Röya:
"ARB Ulduz"da yayımlanan "Şou məkan" proqramının bu dəfəki qonağı əməkdar artist Röya Ayxan olub.

BiG.AZ xəbər verir ki, ona ünvanlanan suallara olduqca maraqlı cavablar verən əməkdar artist "Darıxdım" mahnısı ilə söhbətə start verib.

"Muxtarla aramızda olan bir işdi. Həmişə deyirdi ki, bəlkə, bir gün oxuyaq. Çünki "Darıxmışam"ı çox insan oxuyub. Biri də mən olsaydım, nə olardı, dedim. Baxmayaraq ki, bir neçə il öncə bizim Nadir müəllimlə problemimiz olmuşdu. İllər keçib. Məncə, yenidən mahnını yaşamaq ona da xoş olar".

Artıq rejissor və aktyor Tural Əsədov mahnıya klip belə çəkib.

"Klipi Tural Əsədov çəkdi. Özü də klipdə çəkilib. Klipə sonadək baxarsız. Çünki mən sonda ağlamışam. Bu qısa bir film fraqmentidir. Məncə, bəyənəcəklər".

İfaçı ilə müsahibənin ortasında Röyanın özünün dediyi kimi həyat yoldaşı da təşrif buyurdu. Aralarında illərin həsrəti varıymış kimi öpüşüb görüşdülər.

"Bizim, yəqin ki, "İstanbul tətili" filmimiz yadınızdadır. Mənim filmdəki aktyor yoldaşım və həyat yoldaşım (Rüfət Nəzərov). Hansı ki, o, məni çox yaxın rəfiqəmlə aldadıb. Sən məni necə dəyişə bildin?"

Rüfət Nəzərov: "Bu, bir səhvdir. Həyatda heç bir kəs bunu özünə rəva bilməz ki, Röya xanımı kiməsə dəyişsin. Əsla elə bir şey ola bilməz".

Öncəki işbirlikləri iki sənətçi arasında elə dərin izlər buraxıb ki, onlar artıq növbəti iş üçün nələrsə etmək haqda düşünürlər.

 


OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...