Bu televiziyanın rəhbəri vəzifəsindən AZAD EDİLDİ - FOTO

Cəmiyyət
17:25 / 03.10.2024
4837
“İdman Azərbaycan” kanalında gözlənilməz ayrılıq baş verib.
Sfera.az Offsideplus.az-a istinadən xəbər verir ki, kanalın direktoru Rövşən Binnətli işdən azad olunub.
Onun vəzifəsini hələlik tanınmış şərhçi Fikrət Adıgözəlli icra edəcək. Ayrılığın səbəbi dəqiq bilinmir.
Qeyd edək ki, Rövşən Binnətli 2023-cü ilin yanvar ayından bu vəzifədə çalışırdı.