"Şiddətli baş, qarın ağrısı, burun və ağız..." - Dünyaya ölümcül virus YAYILIR

"Şiddətli baş, qarın ağrısı, burun və ağız..." - Dünyaya ölümcül virus YAYILIR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyanın ölümcül virus təhlükəsi altında olduğunu açıqlayıb. 

 

Sfera.az bildirir ki, qurum “Marburg” virusu epidemiyasının yayılması riskinə qarşı xəbərdarlıq edib. Bildirilib ki, virus 88 faiz ölüm nisbətinə malikdir.

 

ÜST-nin məlumatına görə, 29 sentyabr 2024-cü il tarixində Afrika ölkəsi olan Ruandanın 7 bölgəsində 26 fakt aşkar edilib. Bunlardan 8-i ölüm halı olub. 

 

“Virus riski ölkə səviyyəsində çox yüksək, regional səviyyədə yüksək, qlobal səviyyədə isə aşağı səviyyədə qiymətləndirilir. Lakin epidemiyanın qonşu ölkələrə yayılma riski var, çünki Ruandada qeydə alınan virus Konqo Demokratik Respublikası, Birləşmiş Tanzaniya Respublikası və Uqanda ilə həmsərhəd bölgələrdə də qeydə alınıb”, - qurumun yaydığı bəyanatda bildirilib.

 

ÜST vurğulayıb ki, virusun beynəlxalq yayılma riski yüksəkdir: “Ruanda Şərqi Afrikanın bir çox şəhərləri ilə yol şəbəkəsinə və beynəlxalq hava limanına malikdir. Virusa yoluxan şəxslərdən biri Belçikaya səyahət edib və bununla bağlı müdaxiləyə başlanılıb. Hazırda virusun müalicəsi və peyvəndi yoxdur”.

 

Məlumata görə,  ölüm göstəriciləri yüksək olan “Marburg” virusu insanlara yarasalardan keçib. Bildirilib ki, simptomlar arasında şiddətli baş ağrısı, qarın ağrısı, burun və ağız qanaxması var.

 

Türkan 


OXŞAR XƏBƏRLƏR

"Komedixana"nın aktrisasına verilən sual müzakirələr yaratdı - VİDEO

Aktrisa Xəyalə Quliyevanın kulis görüntüsü yayılıb.   Sfera.az- xəbər verir ki, ona "Qız atası" serialının çəkiliş komandasının üzvünü...

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü keçirilib

2025-ci il iyulun 4-də düşmən işğalından azad edilmiş qədim Azərbaycan torpağı olan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçir...

“Sumqayıt”ın yeni baş məşqçisi məlum oldu

"Sumqayıt"ın yeni baş məşqçisinin adı məlum olub.   Sfera.az xəbər verir ki, bu, serbiyalı mütəxəssis Saşa İliçdir.   47 yaşlı m...

Azərbaycan ABŞ-a başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Texas ştatında daşqınlar nəticəsində ölənlərlə bağlı başsağlığı verib.   Sfera.az xəbər verir ki, bu ba...

"Ərimi güdüb, yaxud soyunub gündəm olmamışam"

Foto model və müğənni Müjgan Ayxan maraqlı açıqlama verib.   Sfera.az xəbər verir ki, "Maqazin Plus"a müsahibə verən ifaçı iddialı danışıb....

Xankəndi Konqres Mərkəzində 12 nəfər işlə təmin edilib - FOTO

İşğaldan azad olunmuş torpaqlarımızın dirçəldilməsi istiqamətində Azərbaycan dövlətinin həyata keçirdiyi layihələr ardıcıl və sürətlə davam edir. Belə layihələr...