Bakı metropolitenində iş rejimi gücləndiriləcək

Bakı metropolitenində iş rejimi gücləndiriləcək

Bu gün “Qarabağ” Futbol Klubunun UEFA Avropa Liqası turniri çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi oyunla əlaqədar Bakı metropolitenində iş rejimi dəyişdiriləcək.

 

Sfera.az Bakı Metropoliteni” QSC-yə istinadla xəbər verir ki, matçın keçiriləcəyi stadiona yaxın ərazidə yerləşən “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Saat 20:45-də başlanacaq oyuna tamaşaçı marağı, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq bir sıra əlavə tədbirlər görüləcək.

 

Bakı metrosunun kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, “Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib olunacaq. Stansiyada sərnişinlərin yönləndirilməsi, səmti daha rahat müəyyən etməsi məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq.

 

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirlər nəzərdə tutulacaq.

 

Zərurət yaranacağı təqdirdə, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə olacaq.

 

Ümumən qatarlar gün ərzində payız-qış qrafikinin iş günləri cədvəlinə uyğun hərəkət edəcək.

 

Görüş yekunlaşdıqdan sonra da qatarların hərəkəti məhz “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? - DİM

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün ixtisaslaşma seçimi iyulun 16-da başa çatıb.   İxtisaslaşma seçiminə m...

Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb - FOTOLAR

Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələri və qazilərlə növbəti görüş keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə Rİ...

Ağdamda uşaq bağçası istifadəyə verilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. &n...

İlham Əliyev Ağdamda açılışlarda iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.   Sfera....

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veri...

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...