Türkiyənin inflyasiya ilə mübarizəsi səmərə verir - Son bir ildə ilk yaşandı
İqtisadiyyat
12:21 / 03.10.2024
3731
Türkiyədə 2023-cü ilin yayından bəri ilk dəfə olaraq inflyasiyanın sürəti 50 faizdən aşağı olub.
Sfera.az Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına istinadən xəbər verir ki, istehlak qiymətləri indeksi sentyabrda əvvəlki ilin eyni dövrünə nisbətən 49,38 faiz artıb. Sentyabrda aylıq inflyasiya isə 2,97 faiz olub.
Türkiyədə inflyasiya sürətinin azalmasının əsas səbəbi lirədəki ucuzlaşmanın zəifləməsidir. Son bir neçə aya qədər lirə daha sürətlə ucuzlaşırdı. Lakin xeyli müddətdir ki, lirədə ucuzlaşma sürəti zəifləyib. Bu hal qiymətlərdəki artım sürətini də aşağı salıb.
Əgər qarşıdakı aylarda lirədəki ucuzlaşma bir qədər də zəifləyərsə, Türkiyədə inflyasiya tempi bir qədər də aşağı düşəcək.
Vasif