""Yaşıl" təhsil sisteminin ibtidai siniflərdən tədrisi vacibdir" - Nazir

""Yaşıl" təhsil sisteminin ibtidai siniflərdən tədrisi vacibdir" - Nazir

"Yaşıl" təhsil sisteminin ibtidai siniflərdən tədrisi, öyrədilməsi vacibdir.

 

Sfera.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

 

O qeyd edib ki, UNİCEF-in 2023-cu il hesabatına əsasən, iqlim fəlakətləri 40 milyon uşağın təhsilinə mənfi təsir göstərir.

 

Nazir vurğulayıb ki, Paris sazişinin öhdəliklərinin yerinə yetirilməsi, iqlimlə bağlı vədlərin yerinə yetirilməsi vacibdir:

 

"Yaxşı nəticə əldə etmək üçün iqlim maliyyələşdirilməsi gücləndirilməlidir. Bu o deməkdir ki, daha yüksək səviyyədə fəaliyyət planı icra edilməli, yekunda şəffaflıq hesabatı təqdim olunmalıdır. Bu məsələdə universitetlərin birgə fəaliyyəti də önəmlidir.

 

"Yaşıl" təhsil sisteminin aşağı siniflərdən tədrisi, öyrədilməsi vacibdir. Hesabata əsasən, iqlim dəyişikliyi ilə bağlı uşaqlar kiçik yaşlarda informasiya ala bilmirlər. Ona görə bu sahədə fəaliyyətin gücləndirilməsi vacibdir".

 

Nazir bu gün gənclərin iqlim maarifləndirilməsi ilə bağlı fəaliyyətində özlərini doğrultduqlarını vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Magistraturaya qəbulun nəticələri nə vaxt elan olunacaq? - DİM

Xəbər verdiyimiz ki, ali məktəblərin magistratura pilləsinə qəbul olunmaq üçün ixtisaslaşma seçimi iyulun 16-da başa çatıb.   İxtisaslaşma seçiminə m...

Abdin Fərzəliyev şəhid ailələri ilə görüşüb - FOTOLAR

Abşeron rayonunda Vətən Müharibəsi şəhidlərinin ailələri və qazilərlə növbəti görüş keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan görüşdə Rİ...

Ağdamda uşaq bağçası istifadəyə verilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib. &n...

İlham Əliyev Ağdamda açılışlarda iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.   Sfera....

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veri...

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...