Paşinyandan sülh sazişi ilə bağlı - QADAĞA

Paşinyandan sülh sazişi ilə bağlı - QADAĞA

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament saatı zamanı bildirib ki, o, müxalifətə Azərbaycanla sülh sazişi layihəsi ilə tanış olmağı qadağan edib.

 

Sfera.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

 

“Mən sizə sənədlə tanış olmaq imkanı verdim, bundan sonra cəmiyyətimizə nağıl danışmağa başladınız. Mən də sizə bu sənədə baxmağı qadağan etdim və düzgün etdim”, - deyə o bildirib.

 

Əvvəllər bir neçə müxalifət deputatı sənəd layihəsi ilə tanış olub və bundan sonra bir neçə siyasi bəyanatla çıxış edib. Paşinyan qeyd edib ki, onlar “manipulyasiya” etmək qərarına gəliblər.

 

Belə olduqda, Baş nazir “diplomatik etikaya” əsaslanaraq bu sənədi dərc etməkdən imtina edib. O əlavə edib ki, mümkün saziş sülh müqaviləsinin icrasının gedişinə, diplomatik münasibətlərin qurulmasına və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına nəzarət etmək üçün Azərbaycan-Ermənistan komissiyasının yaradılmasını nəzərdə tutur. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR

Nə üçün Amsterdamda bütün evlərin damlarında qarmaqlar var?

Amsterdamdakı evlərin damlarında qarmaqların olması ilk baxışdan bir az qəribə görünsə də, əmin olun ki, onlar çox funksional məqsədə xidmət edir.   Sf...

"Dünyanın ən təhlükəli oteli" adını alıb: Tava Qülləsi

Təsəvvür edin, əvvəllər Atlantik Okeanının ortasında mayak olan bir oteldə qalırsınız. Bu, həm narahatedici, həm də həyəcanverici olar, elə deyilmi?   ...

Cennifer Lopez yeni geyimi ilə təəccübləndirdi - FOTOLAR

Cennifer Lopez bahalı brend paltarlara olan sevgisinə sadiq qalır. O, paltarları aksesuar və zinət əşyaları ilə məharətlə birləşdirir. Bu dəfə də JLo çox bahalı...

Anonim şəxs Trampın qələbəsinə 18 milyon dollar pul qoydu

ABŞ-da “Polymarket” platformasının anonim istifadəçisi Donald Trampın ABŞ seçkilərində qalib gəlməsi mərcinə çox böyük məbləğ qoyub.   Sfer...

EURONEWS-un COP-29 haqqında xüsusi buraxılışı - VİDEO

COP-29 hələ ötən ilin noyabrından etibarən dünya mediasının gündəmindədir. Uzun müddətdir KİV və məşhur media agentlikləri COP 29-u xüsusi maraqla izləyir. &nb...

Paytaxtın bu ərazisində qaz kəsiləcək

Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 06.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchiza...