Ceyran oğruları yaxalandılar

Ceyran oğruları yaxalandılar

Dekabr 23-də Şirvan Milli Parkı rəhbərliyinin apardığı daxili araşdırma nəticəsində mühafizə yegeri Səyyar Nəcəfov tərəfindən bir baş ceyran fərdinin tutularaq həyətyani sahəsində gizlədilməsi faktı barədə şübhələr yaranıb.
Həmin şəxsin əhatə dairəsinin müəyyənləşdirilməsi, tutulan ceyranın satılmasının qarşısını almaq və kömək məqsədi ilə dərhal Milli Park tərəfindən Salyan rayon Polis Şöbəsinə məlumat verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, verilmiş məlumat əsasında dekabrın 24-də Salyan rayon Polis Şöbəsi əməkdaşları Şirvan Milli Parkının işçiləri ilə birgə əməliyyat tədbirləri həyata keçirib. Şərti alıcının cəlb edilməsi ilə keçirilən əməliyyat nəticəsində Şirvan Milli Parkının mühafizə yegeri Nəcəfov Səyyar Vəlixan oğlunun və gözətçi Ağasıyev İntiqam İsmayıl oğlunun həyətyanı sahələrindən bir baş diri ceyran, müxtəlif vaxtlarda ovlanmış və aşılanmış bir neçə ədəd ceyran dərisi və buynuzu aşkar olunub. İlkin araşdırmalar zamanı bu cinayətin törədilməsində Parkın digər əməkdaşı – gözətçi Rzayev İslam İrza oğlunun da iştirakı üzə çıxarılıb və bununla bağlı maddi sübutlar götürülüb.
Baş vermiş hadisənin nəzarətə götürülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Daxili İşlər Nazirliyinə müraciət edilib. Hazırda Salyan rayon Polis Şöbəsi tərəfindən istintaq işləri, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən xidməti araşdırmalar aparılır.
Qeyd edək ki, Şirvan Milli Parkının ərazisində noyabr ayında "Ceyranların tarixi areallarına reintroduksiyası” layihəsi çərçivəsində növbəti dəfə ceyran fərdlərinin tutulması işi həyata keçirilərkən ərazidən ceyranların qanunsuz tutularaq oğurlanması barədə şübəhələr yaranıb və Milli Park tərəfindən bu istiqamətdə müvafiq araşdırmalara başlanılıb.
Bir fakt da təəssüflə qeyd olunmalıdır ki, mühafizə yegerlərinin milli parklara işə götürülməsi zamanı yaxın ərazidə yaşamaları ilk növbədə nəzərə alınıır və bu səbəbdən də onların tam olaraq ciddi yoxlanılması həyata keçirilmir. Bu da belə xoşagəlməz nəticələrə səbəb olur.


OXŞAR XƏBƏRLƏR

Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev özünün “X” hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ...

Hikmət Hacıyev Fəxrəddin Altunla regional məsələləri müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ankaraya səfəri çərçivəsində Türkiyə...

Yeni vəzifəyə təyin olunan Fərid Əsgərov kimdir? -FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova yeni müavin təyin edilən polkovnik Fərid Əsgərovla bağlı ...

15 nəfərin ölümünə səbəb olan spirti istehsal edən həbs olundu

Xəbər verildiyi kimi, 22-23 fevral tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda cinayət işi...

Hərbi Prokurorluqda Xocalı soyqırımı ilə bağlıkonfrans - FOTO

Fevralın 25-də Hərbi Prokurorluğunda “Xocalı soyqırımının otuz üçüncü ildönümü” ilə əlaqədar elmi-praktik konfrans keçirilib.   Sfera.az&...

Hikmət Hacıyev Hakan Fidanla görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri H...