80 yaşlı qadın “Miss Kainat” gözəllik müsabiqəsinin finalına çıxdı - FOTOLAR


80 yaşlı qadın “Miss Kainat” gözəllik müsabiqəsinin finalına çıxdı - FOTOLAR

Cənubi Koreyadan olan 80 yaşlı Çoi Sun Hva hər il keçirilən milli “Kainat gözəli” müsabiqəsinin finalçısı olmaqla bütün dünyanı şoka salıb.

Sfera.az bildirir ki, gələn ay 81 yaşı tamam olacaq üç nəvə sahibi heç vaxt ölkəsini beynəlxalq səhnədə təmsil etmək arzusunda olmayıb. Amma qaydalara edilən dəyişikliklər sayəsində o bunu bacarıb.


Çoi Sun Hva iddia edir ki, o, öz nümunəsi ilə bu yaşda olan digər qadınları ruhlandırmaq istəyir. O, əmindir ki, gözəllik, sağlamlıq və canlılıq qocalığa qədər qorunub saxlanıla bilər.
 

Qeyd edək ki, əvvəllər 18-28 yaş arası qadınlar ən gözəl adı uğrunda mübarizə apara bilirdilərsə, son zamanlar inklüzivliyin populyarlaşması ilə əlaqədar təşkilatçılar bu tələbi ləğv ediblər. Qaydalara edilən dəyişikliklər demək olar ki, hər kəsə öz gücünü sınamağa imkan verib. Xüsusilə, bu qaydalar hamilə qadınlara, analara və artıq nikahda olan qadınlara aiddir.


“Qalib olub-olmamağımdan asılı olmayaraq, mən çox şadam ki, özümü sınamaq şansım oldu. Zahirən gözəl olmaq vacibdir, lakin siz həm də ruhunuzla harmonik qalmağı və başqalarına hörmət etməyi bacarmalısınız”.

80 yaşlı koreyalı qadının gözəllik müsabiqəsində iştirak etmək üçün ilk cəhdi olmasına baxmayaraq, o, uzun illərdir ki, model kimi çalışır. O, xüsusən də “Harper's Bazaar” və “Elle” kimi jurnallar üçün pozalar verib, həmçinin müxtəlif brendlərin reklam kampaniyalarında iştirak edib.
 

Bundan əlavə, Choi Sun bir neçə modellik kurslarına qatılıb və müntəzəm olaraq özünü təkmilləşdirir. O, 74 yaşında Seul Moda Həftəsində debüt edib.
 

"Model olmaq bir qapı açmaq və yeni bir yola girmək kimi idi. Mənim arzum gerçəkləşdi, Allaha şükür edirəm və çox çalışmağa davam edirəm. İşimdən zövq alıram"-deyə qadın bildirib.
 

“Miss Universe Korea” müsabiqəsinin finalında Çoi Sun Hva məqsədinə nail ola bilməsə də, nəvəsi yaşlı iştirakçılarla yarış üçün o qədər də pis nəticə göstərməyib.
 

Yeri gəlmişkən, bu ilin əvvəlində argentinalı hüquqşünas və jurnalist Alejandra Marisa Rodriges də “Miss Buenos Ayres” titulunu qazanaraq “Miss Argentina” gözəllik müsabiqəsinə vəsiqə qazanmışdı. Model bu yaxınlarda 60 yaşını qeyd etsə də, gənc görünüşü ilə hər kəsi təəccübləndirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Nə üçün Amsterdamda bütün evlərin damlarında qarmaqlar var?

Amsterdamdakı evlərin damlarında qarmaqların olması ilk baxışdan bir az qəribə görünsə də, əmin olun ki, onlar çox funksional məqsədə xidmət edir.   Sf...

"Dünyanın ən təhlükəli oteli" adını alıb: Tava Qülləsi

Təsəvvür edin, əvvəllər Atlantik Okeanının ortasında mayak olan bir oteldə qalırsınız. Bu, həm narahatedici, həm də həyəcanverici olar, elə deyilmi?   ...

Cennifer Lopez yeni geyimi ilə təəccübləndirdi - FOTOLAR

Cennifer Lopez bahalı brend paltarlara olan sevgisinə sadiq qalır. O, paltarları aksesuar və zinət əşyaları ilə məharətlə birləşdirir. Bu dəfə də JLo çox bahalı...

Anonim şəxs Trampın qələbəsinə 18 milyon dollar pul qoydu

ABŞ-da “Polymarket” platformasının anonim istifadəçisi Donald Trampın ABŞ seçkilərində qalib gəlməsi mərcinə çox böyük məbləğ qoyub.   Sfer...

EURONEWS-un COP-29 haqqında xüsusi buraxılışı - VİDEO

COP-29 hələ ötən ilin noyabrından etibarən dünya mediasının gündəmindədir. Uzun müddətdir KİV və məşhur media agentlikləri COP 29-u xüsusi maraqla izləyir. &nb...

Paytaxtın bu ərazisində qaz kəsiləcək

Nərimanov rayonunun C.Hacıbəyli 35 ünvanında yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 06.11.2024-cü il saat 10:00-dan etibarən qaz təchiza...