Açıq “Wi-Fi”dan istifadə edənlərə XƏBƏRDARLIQ - Pullarınız oğurlanır!

Açıq “Wi-Fi”dan istifadə edənlərə XƏBƏRDARLIQ - Pullarınız oğurlanır!

Türkiyədə aparılan araşdırma göstərib ki, ictimai yerlərdə parolsuz “Wi-Fi”lara qoşulmalar istifadəçilər üçün bəzi risklər yaradır.

 

Sfera.az xəbər verir ki, türkiyəli mütəxəsislər bu cür qoşulmalardan sonra mobil bank proqramlarından istifadə zamanı maliyyə məlumatlarının kibercinayətkarların əlinə keçməsinin mümkün olduğu qənaətinə gəliblər.

 

Təhlükəsizlik mütəxəssisləri bildiriblər ki, kibercinayətkarlar öz məqsədlərinə çatmaq üçün istənilən rəqəmsal kanaldan alət kimi istifadə edə bilərlər. Aparılan araşdırmalar göstərib ki, gündəlik həyatda internetə qoşulmaqla xidmətlərdən istifadə edən şəxslər lazımi təhlükəsizlik tədbirlərinə əhəmiyyət vermir, istifadə zamanı bəzi səhvlərə yol verilməsi kibercinayətkarlar üçün əla fürsətlər yaradır və nəticədə kart və ya adi hesablarda olan böyük məbləğdə vəsaitlər mənimsənilir. Buna görə də türkiyəli mütəxəsislər mobil tətbiqlərdən istifafə edən şəxslərin virtual dünyanın təhlükəsizlik qaydalarını yaxşı öyrənməyi, rəqəmsal savadlılıq səviyyəsini artırmağı tövsiyə edirlər.

 

Ən çox fırıldaqçılığın mobil bankçılıq proqramları vasitəsilə həyata keçirildiyinə diqqət çəkən mütəxəsislər, son zamanlar bu kiber təhdidlərin artdığını bildiriblər. Tövsiyə olunur ki, riskləri minimum endirmək üçün bank hesabları və ya bank kartlarının parolları hər 3-6 aydan bir yenilənsin, eyni zamanda xidmət göstərən qurumlar istifadəçilərə daha təkmil parollar təklif etsinlər.

 

Bundan başqa, bankların adından e-poçt və ya mesaj vasitəsilə gələn tələblərə cavab verilməməsi, kart məlumatların paylaşılmaması, yalnız etibarlı saytlarda alış-veriş edilməsi də məsləhət görülür.

 

Mütəxəssislər xəstəxanalar, kafelər, restoranlar, istirahət mərkləzləri, parklar kimi yerlərdə açıq olan “Wi-Fi” şəbəkələrinə qoşulan zaman internet bankçılıq xidmətindən yararlanmamağı tövsiyə edirlər.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

Qızının hərəkəti Vüsaləni göz yaşlarına boğdu - VİDEO

"İncə səhər" verilişinin bu günkü buraxılışında duyğulu anlar yaşanıb.   Sfera.az xəbər verir ki, verilişin aparıcısı Vüsalə Əlizadə gözl...

Çinə vizasız səyahət neçə manata başa gələcək?

İyulun 16-dan etibarən Azərbaycan və Çin hökumətləri arasında imzalanmış qarşılıqlı vizadan azadolma sazişi qüvvəyə minib. Yeni qaydalara əsasən, Azərbaycan vət...

Batumidə silahlı insident: Türkiyə vətəndaşı qətlə yetirildi

Gürcüstanın Batumi şəhərində restoranda silahlı insident olub.   Sfera.az xəbər verir ki, hadisə zamanı bir nəfər qətlə yetirilib.   Öl...

Arvadını güllələyən klinika rəhbəri ilə bağlı qərar

Bakıda həyat yoldaşın öldürməyə cəhddə ittiham olunan "Referans" klinikasının Mərdəkan filialının direktoru Vasif Kərimovun barəsində həbs qətimkan tə...

Təhsil işçiləri güzəştli kartdan istifadə edə biləcək - Yenilik

İyulun 18-də Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçiril...

Bu tarixədək Azərbaycanda 41 dərəcə isti olacaq

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...