Vətəndaşların polisə etimadı yüksəkdir - SORĞU NƏTİCƏLƏRİ

Vətəndaşların polisə etimadı yüksəkdir - SORĞU NƏTİCƏLƏRİ

Sosial Tədqiqatlar Mərkəzi (STM) ictimai qaydaların qorunması və təhlükəsizliyin təmin olunması sahəsində polisin fəaliyyətinə vətəndaşların münasibətini öyrənmək məqsədilə rəy sorğusu keçirib. 

 

STM-dən Sfera.az-a verilən məlumata görə, ümumi nəticələr cəmiyyətin polisin işinə olan etimadının və ictimai təhlükəsizliyə dair gözləntilərinin yüksək olduğunu göstərir. 

 

Məlumatda bildirilib ki, “Polisin ictimai təhlükəsizliyin təmin olunması sahəsində fəaliyyətini necə qiymətləndirirsiniz?” sualına cavab olaraq, respondentlərin 72.4%-i “müsbət”, 21.1%-i “neytral” (nə müsbət, nə də mənfi), 5.7%-i “mənfi” cavabını verib. Sorğu iştirakçılarının 0.8%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.

 

Nəticələri gender aspektindən təhlil etdikdə, sorğu iştirakçıları arasında kişilərin 76.6%-i, qadınların isə 67.9%-i polisin fəaliyyətini müsbət qiymətləndirib.

 

Respondentlərin bu istiqamətdə rəylərində onların yaş qruplarına və təhsil səviyyəsinə görə əhəmiyyətli fərq qeydə alınmayıb. 

 

Qeyd edilib ki, sorğular 2024-cü ilin 17-27 sentyabr tarixlərində, yaşı 18 və yuxarı olan 388 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə çərçivəsi ehtimallı üsulla və ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib, gender balansı qorunub. 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. 

 

Sorğular tam anonim və könüllü iştirak əsasında aparılıb. Respondentlərə nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.


 
Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Batumidə silahlı insident: Türkiyə vətəndaşı qətlə yetirildi

Gürcüstanın Batumi şəhərində restoranda silahlı insident olub.   Sfera.az xəbər verir ki, hadisə zamanı bir nəfər qətlə yetirilib.   Öl...

Arvadını güllələyən klinika rəhbəri ilə bağlı qərar

Bakıda həyat yoldaşın öldürməyə cəhddə ittiham olunan "Referans" klinikasının Mərdəkan filialının direktoru Vasif Kərimovun barəsində həbs qətimkan tə...

Təhsil işçiləri güzəştli kartdan istifadə edə biləcək - Yenilik

İyulun 18-də Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçiril...

Bu tarixədək Azərbaycanda 41 dərəcə isti olacaq

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...

Polis Maştağada XÜSUSİ ƏMƏLİYYAT keçirdi – Saxlanılan var - VİDEO

  Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfində...

“Sea Breeze” istirahət mərkəzinə avtobus fəaliyyətə BAŞLAYIR

Yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alaraq sabahdan “Koroğlu” Nəqliyyat M...