Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında oktyabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

 

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

 

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.


OXŞAR XƏBƏRLƏR

Çinə vizasız səyahət neçə manata başa gələcək?

İyulun 16-dan etibarən Azərbaycan və Çin hökumətləri arasında imzalanmış qarşılıqlı vizadan azadolma sazişi qüvvəyə minib. Yeni qaydalara əsasən, Azərbaycan vət...

Batumidə silahlı insident: Türkiyə vətəndaşı qətlə yetirildi

Gürcüstanın Batumi şəhərində restoranda silahlı insident olub.   Sfera.az xəbər verir ki, hadisə zamanı bir nəfər qətlə yetirilib.   Öl...

Arvadını güllələyən klinika rəhbəri ilə bağlı qərar

Bakıda həyat yoldaşın öldürməyə cəhddə ittiham olunan "Referans" klinikasının Mərdəkan filialının direktoru Vasif Kərimovun barəsində həbs qətimkan tə...

Təhsil işçiləri güzəştli kartdan istifadə edə biləcək - Yenilik

İyulun 18-də Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçiril...

Bu tarixədək Azərbaycanda 41 dərəcə isti olacaq

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...

Polis Maştağada XÜSUSİ ƏMƏLİYYAT keçirdi – Saxlanılan var - VİDEO

  Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfində...