ABŞ konqresmenlərinin qərarı neftin qiymətini ucuzlaşdıra bilər

ABŞ konqresmenlərinin qərarı neftin qiymətini ucuzlaşdıra bilər

ABŞ konqresinin liderləri ölkədən neftin ixrac edilməsinə qoyulan qadağanı ləğv etmək haqqında razılığa gəliblər, Bloomberg agentliyi məlumat yayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, agentlik bu addımın Amerika Birləşmiş Ştatlarını dünya energetikası siyasətinin sükanı arxasında qoyduğunu deyən Texas ştatının respublikaçı konqresmeni Co Bartonun sözlərindən sitat gətirir.

Əldə edilmiş razılaşma Senat və nümayəndələr palatası tərəfindən təsdiqlənməlidir, amma qanunvericinin sözlərinə görə, bu addım artıq böyük qələbədir.

Son iki ay ərzində ABŞ konqresinin nümayəndələr palatası iki dəfə respublikaçılar tərəfindən təqdim edilən qanun layihəsinə səs verib. Qanun layihəsində Amerika neftinin ixracına qoyulan qadağanın ləğv edilməsi nəzərdə tutulur, amma hər iki dəfədə bu təşəbbüs Senat tərəfindən dəstəklənməyib.

Prezident Barak Obamanın administrasiyası embarqonun ləğvi üçün çıxış edib. Ağ evin mətbuat katibi Coş Ernest bəyan edib ki, bu məsələ üzrə qərarı konqres deyil, Ticarət Nazirliyi qəbul etməlidir.

Ağ evin administrativ-büdcə idarəsində bəyan ediblər ki, konqresin qərarı qəbul edildiyi təqdirdə dövlət başçısının müşavirləri ona qərarı blok etməyi tövsiyə edəcəklər.

Eyni zamanda, The Wall Street Journal qəzetinin məlumatına görə, Ağ ev, əgər bu ümumi vergi-büdcə qanunvericiliyinin tərkib hissəsi olarsa, embarqonun ləğvinə razılaşa bilər. Buna dair konqresin hər iki palatasında mübahisələr gedir.

ABŞ-dan xammal neftin xaricə tədarükünə qadağa federal qanun şəklində tərtib edilərək 1975-ci ildən qüvvəyə minib. Bu hüquqi-normativ akt ərəb ölkələri tərəfindən 1973-cü ildə Qərb ölkələrindən neftin tədarükünə qoyulan embarqodan sonra hazırlanıb.

ABŞ şirkətləri təbii qazı xaricə yalnız lisenziya üzrə tədarük edə bilər, lisenziyalar hökumət tərəfindən verilir. Amerika şirkətləri digər ölkələrə kömür və benzin də daxil olmaqla neftin emal edilmiş məhsullarını azad şəkildə tədarük edə bilərlər.


OXŞAR XƏBƏRLƏR

Zidan ərəblərin təklifini qəbul etmədi

Zinəddin Zidan "Əl-Hilal"a rəhbərlik etmək istəməyib.   Sfera.az "Footmercato"ya istinadən xəbər verir ki, Səudiyyə Ərəbista...

Bulvarda təntənəli tədbir keçirildi

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkdakı "Dinamo" meydançasında uşaqların bayramı ilə bağlı təntənəli tədbir keçirilib. ...

İyunda fəlakətli uğursuzluqla üzləşəcək BÜRCLƏR

Astroloqlar, proqnozlarına görə, bu ayın çətin keçəcəyi bürcün əlamətlərini müəyyən ediblər.   Sfera.az-ın məlumatına görə, iyun ayı Dolça bürcləri ü...

Bakıda cəzaçəkmə müəssisəsində binanın dam örtüyü uçdu - Xəsarət alan var

Bu gün saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub, nəticədə bir nəfər məhkum xəsarət alıb. ...

Rusiya rəsmiləri İstanbula gəldi -Ukrayna tərəfi ilə danışıq aparacaqlar

Rusiya nümayəndə heyəti Ukrayna tərəfi ilə iyunun 2-nə planlaşdırılan danışıqlarda iştirak etmək üçün İstanbula gəlib.     Sfera.az xəbə...

"And olsun Allaha, ən bahalı maşını o, sürür"

"Bir aparıcı paxıllığından dedi ki, həmkarlarının maşını, bağı var. Biri elə özüm. Mən həftənin yeddi günü işləyirəm. 20 ildir gecəm-gündüm yoxdur. Başımda...