Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK

Bu şəxslərə hər ay 1000 manatadək MÜKAFAT VERİLƏCƏK

Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə elmi-tədqiqat institutlarında çalışan alimlərə elmi fəaliyyətlərinə görə hər ay 1000 manatadək mükafat veriləcək və artıq prosesə başlanılıb.

 

Sfera.az xəbər verir ki, bu vəsait Elm və Təhsil Nazirliyinin tabeliyində olan elmi müəssisələrdə elmi göstəriciləri daha yüksək olan tədqiqatçılara ödənilir.

 

Qeyd edilib ki, bu addım alimlərin maddi rifahının yaxşılaşdırılması və elmi fəaliyyətlərinin stimullaşdırılması məqsədi daşıyır. Mükafatlandırma beynəlxalq impakt faktorlu jurnallarda dərc olunan məqalələrin sayını artırmaq üçün də əhəmiyyətli bir vasitə kimi nəzərdə tutulur.

 

Mükafatlandırma prosesinin əsasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən hazırlanmış “Elmi iş müəlliflərinin müəllif balının hesablanması metodologiyası” dayanır. Bu metodologiya 2018-2023-cü illəri əhatə edən elmmetrik göstəricilərə əsaslanır və bu dövr ərzində “Scopus” bazasında ən çox elmi işi dərc olunan 500 müəllifin göstəriciləri təhlil edilib.

 

Beynəlxalq təcrübədə də geniş istifadə olunan bu metodologiya, alimlərin fəaliyyətlərinin obyektiv qiymətləndirilməsinə imkan yaradır. Oxşar yanaşmalar, “Quacquarelli Symonds (QS)”, “Times Higher Education (THE)”, və “Shanghai Ranking (ARWU)” kimi beynəlxalq reytinq təşkilatları və elmi tədqiqatçılar tərəfindən istifadə olunur.


OXŞAR XƏBƏRLƏR

Qızının hərəkəti Vüsaləni göz yaşlarına boğdu - VİDEO

"İncə səhər" verilişinin bu günkü buraxılışında duyğulu anlar yaşanıb.   Sfera.az xəbər verir ki, verilişin aparıcısı Vüsalə Əlizadə gözl...

Çinə vizasız səyahət neçə manata başa gələcək?

İyulun 16-dan etibarən Azərbaycan və Çin hökumətləri arasında imzalanmış qarşılıqlı vizadan azadolma sazişi qüvvəyə minib. Yeni qaydalara əsasən, Azərbaycan vət...

Batumidə silahlı insident: Türkiyə vətəndaşı qətlə yetirildi

Gürcüstanın Batumi şəhərində restoranda silahlı insident olub.   Sfera.az xəbər verir ki, hadisə zamanı bir nəfər qətlə yetirilib.   Öl...

Arvadını güllələyən klinika rəhbəri ilə bağlı qərar

Bakıda həyat yoldaşın öldürməyə cəhddə ittiham olunan "Referans" klinikasının Mərdəkan filialının direktoru Vasif Kərimovun barəsində həbs qətimkan tə...

Təhsil işçiləri güzəştli kartdan istifadə edə biləcək - Yenilik

İyulun 18-də Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçiril...

Bu tarixədək Azərbaycanda 41 dərəcə isti olacaq

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...