"Yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır" - Muxtar Babayev

"Yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır" - Muxtar Babayev

Hazırda yeni iqlim strategiyasının hazırlanması istiqamətində işlər aparılır.

 

Sfera.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev Ombudsmanların Beynəlxalq Bakı Konfransında deyib.

 

O bildirib ki, son illərdə iqtisadiyyatın dekarbonizasiyasına yönəlmiş siyasi, iqtisadi və qanunvericilik islahatları həyata keçirilir: "Bu sahədə normativ hüquqi aktlar qəbul edilərək praktiki addımlar atılıb. Buna baxmayaraq, hüquqi mexanizmlərin təkmilləşdirilməsi vacibdir. Hüquq sistemlərimiz iqlim dəyişmələri üzrə qlobal sazişlərin icrasını təmin etməli, iqlim ədalətini həyata keçirməli və ən önəmlisi, iqlimə həssas olanların hüquqlarını qorumalıdır. Bu vəzifələr təkcə milli səviyyədə deyil, həm də beynəlxalq əməkdaşlıq çərçivəsində həll edilməlidir".

 

M.Babayev əlavə edib ki, Azərbaycanın iqlim strategiyası həm qlobal öhdəliklərə uyğunlaşmanı, həm də milli prioritetlərin icrasını özündə birləşdirir.

 

"Yeni strategiya bütün iqtisadi sektorları əhatə edərək aşağı karbonlu inkişafı hədəfləyəcək. Sənədi hazırlayarkən inklüzivlik və insan hüquqlarına xüsusi diqqət yetiririk. Ən həssas qrupların, o cümlədən uşaqlar, qadınlar və yerli əhalinin iqlim siyasətlərimizin mərkəzində olmasını təmin etmək üçün fəal tədbirlər görülür. Bunun üçün müxtəlif maraqlı tərəflər arasında görüşlər və müzakirələr təşkil olunur", - nazir qeyd edib.

 

O, həllini gözləyən ciddi çağırışların mövcudluğunu da diqqətə çatdırıb: "Ən böyük çağırışlardan biri iqlim dəyişikliyinə uyğunlaşmaq üçün potensialın artırılmasıdır. Xüsusilə, təmiz texnologiya və beynəlxalq iqlim maliyyəsi sistemlərinə çıxışın məhdudluğu yerli səviyyədə layihələrin həyata keçirilməsinə çətinlik yaradır".


OXŞAR XƏBƏRLƏR

Çinə vizasız səyahət neçə manata başa gələcək?

İyulun 16-dan etibarən Azərbaycan və Çin hökumətləri arasında imzalanmış qarşılıqlı vizadan azadolma sazişi qüvvəyə minib. Yeni qaydalara əsasən, Azərbaycan vət...

Batumidə silahlı insident: Türkiyə vətəndaşı qətlə yetirildi

Gürcüstanın Batumi şəhərində restoranda silahlı insident olub.   Sfera.az xəbər verir ki, hadisə zamanı bir nəfər qətlə yetirilib.   Öl...

Arvadını güllələyən klinika rəhbəri ilə bağlı qərar

Bakıda həyat yoldaşın öldürməyə cəhddə ittiham olunan "Referans" klinikasının Mərdəkan filialının direktoru Vasif Kərimovun barəsində həbs qətimkan tə...

Təhsil işçiləri güzəştli kartdan istifadə edə biləcək - Yenilik

İyulun 18-də Təhsilin İnkişafı Fondu, "Kapital Bank" və “Mastercard” qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə həyata keçiril...

Bu tarixədək Azərbaycanda 41 dərəcə isti olacaq

İyulun 23-dək temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat y...

Polis Maştağada XÜSUSİ ƏMƏLİYYAT keçirdi – Saxlanılan var - VİDEO

  Bakı şəhərində narkotik tərkibli bitkilərin istixana şəraitində aqrotexniki qaydada qulluq edilərək yetişdirilməsinə qarşı polis əməkdaşları tərəfində...