"Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıb" - İlham Əliyev

"Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıb" - İlham Əliyev

Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır.

 

Sfera.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.

 

“Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir”, - deyə Prezident İlham Əliyev bildirib.

 

Dövlətimizin başçısı qeyd edib ki, Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər.


OXŞAR XƏBƏRLƏR

Tramp PAYLAŞIM ETDİ: “İranın bütün nüvə obyektləri məhv edilib”

“ABŞ qüvvələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İranın yer altında yerləşən nüvə obyektlərinə maksimum zərər vurulub”.   ...

Bakının bəzi yollarında tıxac yaranıb - SİYAHI

Bakının bir sıra yollarında tıxac yaranıb.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.   ...

Hazır qəhvədə gizli təhlükə: KORLUQ YARADA BİLƏR

Hubey Universitetinin (Çin) alimləri müəyyən ediblər ki, hazır qəhvənin müntəzəm istehlakı qocalıqda görmə qabiliyyətinin pisləşməsi riskinin artması ilə əlaqəl...

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ - VİDEO

Son vaxtlar onlayn alış-veriş zamanı dələduzluq halları artmaqdadır. Xüsusilə geyim almaq istəyən alıcılar tez-tez aldadıldıqlarını bildirirlər.   Sf...

Dövlət Departamentindən amerikalılara çağırış: "Ayıq olun..."

ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarını Yaxın Şərqdəki vəziyyət fonunda dünyada artan anti-Amerika əhval-ruhiyyəsi fonunda ayıq-sayıq olmağa çağırıb. &nb...

İrandakı hadisələr Azərbaycanda turizmə təsir edəcəkmi? - VİDEO

İran-İsrail münaqişəsinin iqtisadi fəsadları ən çox turizm sahəsində hiss olunur.   Sfera.az ATV-yə istinadən xəbər verir ki, hər iki ölkəyə uçuşlar ...