BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar apardı


BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar apardı

BMT Baş katibi Antoniu Quterreş Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlar aparıb.
 

Sfera.az xəbər verir ki, bu barədə baş katibin ofisinin yaydığı məlumatda deyilir.
 

Məlumata görə, Quterreş, həmçinin beynəlxalq ictimaiyyəti Livana humanitar yardım üçün 426 milyon ABŞ dolları toplamağa çağırıb.
 

“Baş katib bu gün səhər Livanın Baş naziri Nəcib Mikati ilə danışıqlar aparıb. O, Baş nazirə bildirib ki, Livandakı BMT sistemi ölkədə ehtiyacı olanlara yardım göstərmək üçün tam səfərbər olunub. Baş katib beynəlxalq ictimaiyyəti 426 milyon ABŞ dolları məbləğində humanitar yardım sorğusunu dəstəkləməyə çağırır”, - bəyanatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR