Qubada "QAZel" dərəyə aşdı: sürücü yaralandı

Hadisə
20:00 / 01.10.2024
5018
Quba rayonunun Hacıhüseynli kəndi ərazisində yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Sfera.az xəbər verir ki, "QAZel" markalı yük avtomobilinin aşması nəticəsində sürücü ağır xəsarətlər alıb.
Yaralı təcili tibbi yardım maşını ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.