Zelenskinin "Qələbə planı"na nə daxildir və ABŞ bunu qəbul edəcəkmi? - AÇIQLAMA

Zelenskinin "Qələbə planı"na nə daxildir və ABŞ bunu qəbul edəcəkmi? - AÇIQLAMA

Bir neçə gündür, dünya gündəmində müzakirə edilən məsələlərdən biri də Ukrayna Prezidenti Volodimir Zelenskinin “Qələbə planı”dır. “The Times”ın məlumatına görə, plan əsas olaraq 4 maddədən ibarətdir. Zelenski ABŞ-yə son səfərindən əvvəl bildirmişdi ki, sözügedən plan Rusiya ilə danışıqları nəzərdə tutmur. İddialara görə, Amerika rəsmiləri bu sənəddən təsirlənməyib. 

 

Maraqlıdır,  “Qələbə planı” Bayden administrasiyası tərəfindən necə qəbul olunacaq?  Bu plan digər sülh təkliflərində fərqlənə bilərmi? 

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, Zelenskinin “Qələbə planı” ilə bağlı mediada məlumatlar yayılsa da, hələ detallar açıqlanmır:

 

“Məsələ odur ki, bu vaxta qədər Ukrayna tərəfinin təklif etdiyi əsas müddəalar başda ABŞ olmaqla, Qərbin Rusiya ilə müharibədə Kiyevi dəstəkləməsini hədəfləyir. Bu baxımdan əsas plan məhz hərbi-müdafiə sahəsində dərin dəstəyin göstərilməsidir. Düşünürəm ki, indiki halda Ukraynanın hədəfi daha ağır zirehli texnikaların, artilleriya qurğularının, raket komplekslərinin, döyüş təyyarələrinin, hava hücumundan müdafiə sistemlərinin və digər bu kimi silahların onlara verilməsini təmin etmək, eyni zamanda maliyyə yardımlarının edilməsini həyata keçirməkdir”.

 

S.Hümbətov bildirdi ki, Rusiyaya qarşı sərt sanksiyaların tətbiq edilməsi də Ukraynanın məqsədlərindən biridir:

 

“Hesab edirəm ki, bunlar Zelenskinin planına daxil ola bilər. Lakin indiki halda ABŞ bunları qəbul etməz. Çünki hazırda Vaşinqton seçkilərə gedir və bu dövrdə maksimum dərəcədə içinə qapanan dövlətdir.  ABŞ öz daxili siyasəti ilə bağlı məsələləri həll etməyə çalışır. “Qələbə planı” hazırlansa belə, hətta Amerika tərəfi buna razılıq versə də, bunun reallaşması indi deyil, seçkilərdən sonra mümkün görünür”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR