Alimlər Yerin ən yeni geoloji epoxasının yeni başlanğıc tarixini təyin ediblər

Yaponiya və Avstraliyadan olan beynəlxalq alimlər qrupu belə qənaətə gəliblər ki, Yerin antroposen adlanan ən son geoloji dövrü 1950-ci illərdə başlayıb.
Sfera.az xəbər verir ki, bu barədə tədqiqat "Proceedings of the National Academy of Sciences" (PNAS) elmi jurnalında dərc olunub .
2002-ci ildə Nobel mükafatı laureatı Pol Krutzen Holosen dövrünün başa çatdığını və planetin tarixində yeni bir dövrün - Antroposen dövrünün başladığını irəli sürüb. Yeni dövr, onun fikrincə, planetdə insan davranışı nəticəsində baş verən dəyişikliklərlə müəyyən ediləcək.
Antroposen planetoloqlar arasında müzakirə mövzusuna çevrilib. Bəzi elm adamları növbəti eranı elan etmək üçün hələ tez olduğunu irəli sürür, həmkarları isə Antroposenin gəlişi üçün artıq kifayət qədər dəlil olduğunu qeyd edirlər.
Yeni işdə komanda Antroposenin başlanğıcı üçün ehtimal olunan mərhələlər kimi qəbul edilə bilən üç tarixi məqama nəzər salıbş
Birincisi, 1800-cü illərin sonu və Sənaye İnqilabıdır. Bu müddət ərzində qurğuşun səviyyələri əsas quru səthlərinə yayılmağa başlayıb.
İrəli sürülən ikinci dövr 1900-cü illərin əvvəlləri idi, o zaman bütün dünyada polen tərkibində dəyişikliklər baş verib, qara karbonun səviyyəsi əhəmiyyətli dərəcədə artıb və sabit izotoplarda geniş miqyaslı dəyişikliklər baş verib.
Üçüncü mərhələ keçən əsrin ortalarıdır. Bu dövrdə plastik və mikroplastiklərlə birlikdə hər yerdə üzvi çirkləndiricilər görünməyə başlayıb. Sonra nüvə dövrü start götürüb.
Alimlər təklif edirlər ki, 1950-ci illər ən asan müşahidə olunan və ölçülə bilən qlobal dəyişiklikləri göstərir - insanlar tarix səhnəsindən uzaqlaşarsa, Holosen səviyyəsinə qayıtmaq üçün minlərlə, hətta milyonlarla il çəkəcək dəyişikliklər.
İnci