“Hizbullah” Livanın siyasi səhnəsindən silinəcək” - Politoloq

“Hizbullah” Livanın siyasi səhnəsindən silinəcək” - Politoloq

““Hizbullah” Livanın siyasi səhnəsindən silinəcək”.

 

Sfera.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

 

Onun sözlərinə görə, İsrailin hərbi əməliyyatları bu təşkilatı kifayət qədər zəiflədəcək:

 

“Ümumiyyətlə, Yaxın Şərqdə İranın dəstək verdiyi proksi təşkilatların sıradan çıxarılması İsrail vasitəsilə həyata keçirilir. İran uzun illərdir, “Hizbullah” vasitəsilə İsrail  və Livan hakimiyyətini təhdid altında saxlayırdı. Təşkilatın zəiflədilməsi ilə Livanın İrandan tam asılılığına son qoyulacaq və Yaxın Şərqdə yeni bir siyasi nizam formalaşacaq. Bununla da  Livan siyasi sistemi sabitləşəcək”.

 

Politoloq qeyd edib ki, İran hakimiyyəti də proseslərin fərqindədir:

 

“Bu proses fonunda Vaşinqton və Tehran arasında konfidensial danışıqların aparılması istisna deyil. Lakin əgər İran “Hizbullah” və husilərə görə müharibəyə qatılarsa, ölkə daxilində parçalanma da qaçılmazdır”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə et...

Ələkbər həmin qətldən DANIŞDI: Rəşadı onlara görə bağışlayıb - VİDEO

"Baku" TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi meyxana ustası Ələkbər Yasamallının evində olub.   ...

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.   Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hü...

Ərdoğan Fülya Öztürkü TƏLTİF ETDİ

Türkiyənin tanınmış jurnalisti, Azərbaycan xalqının sevimlisi Fulya Öztürk daha bir nüfuzlu mükafata layiq görülüb.   Sfera.az bildirir ki, O, &ldquo...

Rusiyaya gedənlərin diqqətinə: QAYDA DƏYİŞDİ

İyunun 30-dan etibarən Rusiyada vizasız rejim əsasında bu ölkəyə səfər edən xarici vətəndaşlar üçün yenilənmiş rəqəmsal qeydiyyat sistemi qüvvəyə minəcək. &n...