Bahalı nömrə və brend "xəstəliyi": İnsanlar niyə bunlara can atır? - AÇIQLAMA

Bahalı nömrə və brend "xəstəliyi": İnsanlar niyə bunlara can atır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda olduqca yüksək qiymətə mobil telefon nömrələri satışa çıxarılıb. 2024-cü ilin oktyabrın 30-da keçiriləcək hərracda satışa çıxarılacaq 30 mobil telefon nömrəsi arasında ən bahalısının qiyməti 75 000 manat təşkil edir.

 

Ümumiyyətlə, satışa çıxarılan bu tipli maşın və ya telefon nömrələri ilə tez-tez qarşılaşırıq. Bir neçə eyni rəqəmlərin təkrarlandığı nömrələr  80-100 min manata, hətta daha baha qiymətə təklif olunur. El arasında “Kimdir bu nömrələri alan” desək də, onların kifayət qədər alıcıları var.  

 

Maraqlıdır, bu şəxsləri alıcı olmağa vadar edən psixoloji səbəblər nələrdir? Özünütəsdiq, şöhrətpərəslik və ya başqa hansı səbəblər?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən psixoloq Gülnar Orucova deyib ki, hər bir insanın içində arzuları olur və həmişə bu istiqamətdə xəyallar qururlar:

“Xüsusilə də bu, yüksək motivasiyalı şəxslərə aiddir. Psixologiyada “real mən” və “ideal mən” var. Birincisi, şəxsin bugünkü, ikincisi isə olmaq istədiyi insandır. Bəziləri “ideal mən” üçün çalışır, pul qazanır, təhsil alır və nəhayət, həmin yerə çatır. Bundan sonra şəxsin bir əhatəsi olur və burada artıq qaydalar fərqlidir. Bəzi əhatələr var ki, orada geyim ön plandadır, bəzilərində zinət əşyaları, marka telefonlar və.s dəbdə olur, daha yüksək təbəqə əhatəsində bahalı maşınlar, evlər, nömrələr özünü göstərməyə başlayır. Nəticədə bunlara da həvəs artır. Bu həvəsdə hər hansı psixoloji səbəblər axtarmağa çalışırıq, amma bundan öncə bəzi nüanslara diqqət etmək lazımdır. İnsan nələrləsə hər zaman özünü təsdiq etməyə çalışır. Bu, təhsil də ola bilər, bacarıqlar, müəyyən qabiliyyətlər də. Amma bəzi insanlar var ki, onlar markanı, brendi o qədər önəmsəmir. Müəyyən varlı insanlara baxsaq, görərik ki, davamlı olaraq istifadə etdiyi geyim marka olsa belə, bu, sadədir. Yaxud heç marka da deyil”.

 

Psixoloq qeyd etdi ki, ümumiyyətlə, marka sanki orta təbəqənin yuxarı təbəqə ilə ayaqlaşmağa çalışması məqsədilə yaradılıb:

 

“Bəzi insanlar qızıl-zinət əşyalarını “Mən varlıyam” demək üçün istifadə edir. Əslində varlı insanlar heç də sərvətini hər hansı geyimlə və ya bu kimi şeylərlə göstərmir. Varlı insan bunu görərək gəlir və sadə üslubu ilə seçilir. Lakin varlı insanın həm də özünənməxsus maşını, nömrəsi olur. Bəli, bir insan ola bilər, üzərinə bir ton qızıl taxar gələr və biz deyə bilərik ki, o şəxsdə özgüvən aşağıdır, özünü qiymətləndirmə zəifdir yaxud mənəvi baxımdan o qədər zəngin deyil, özünü varlı kimi təqdim etmək istəyir. Amma kifayət qədər baha qiymətə satılan nömrələr yüksək təbəqəyə məxsus şeylərdir. Xüsusilə maşın nömrələri, telefon nömrələri sanki yüksək təbəqənin göstəricisi kimi qəbul edilir.  Bu cür şeylər onların öz əhatə dairələrində mövcuddur.  Xüsusilə bu, özünütəsdiq kimi qiymətləndirilir. Amma bəzilərində arzu, xəyaldır. Həm də məlum məsələdir ki, o nömrələrə o pulları verən insanlar kifayət qədər imkanlıdırlar. Onlar heç də kasıb insanlar deyillər”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

İsraillə müharibə Livana milyardlarla dollara BAŞA GƏLİB

İsraillə müharibə Livana 20 milyard dollara başa gəlib.   Sfera.az xəbər verir ki, bunu Livanın iqtisadiyyat naziri Amin Salam deyib.   Mə...

COP29 iştirakçıları viza və akkreditasiya sistemindən niyə razı qaldı? - Detallar AÇIQLANDI

COP29 tədbirində on minlərlə nümayəndə qeydiyyatdan keçib.   Sfera.az xəbər verir ki, bunu Akkreditasiya və Viza Departamentinin direktoru Fidan Yusu...

Türkanın halı pisləşdi, studiyanı tərk etdi - VİDEO

Müğənni Türkan Vəlizadənin efirdə halı pisləşib.   Sfera.az olay-a istinadla xəbər verir ki, “Rəngarəng səhər” verilişində onun neçə il&n...

Gələn il Xankəndi və Ağdərədən büdcəyəgəlirlər daxil olacaq

İşğaldan azad olunmuş ərazilərimiz ölkə iqtisadiyyatına yenidən inteqrasiya olur.   Sfera.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin...

Arda Turan “Atletiko”nun baş məşqçisi olmaq istəyir

“Atletiko”nun sabiq futbolçusu Arda Turan İspaniya mətbuatına açıqlama verib.   Sfera.az xəbər verir ki, AS nəşrinə danışan hazırda &ldqu...

Azərbaycanın qeyri neft-qaz ixracı ARTDI - Ən çox satılan məhsullar

Azərbaycanın qeyri neft-qaz məhsullarının ixracının həcmi artıb.   Sfera.az xəbər verir ki, ötən ilin yanvar-oktyabr aylarında 2,712 milyard dollar o...