Məşhur müğənni məhkəməlik oldu - FOTO

Məşhur müğənni məhkəməlik oldu - FOTO

Cənubi Koreya məhkəməsi BTS pop-qrupunun üzvü "Suga"nı (Min Yun Gi), elektrik skuteri sərxoş vəziyyətdə idarə etdiyinə görə 11 400 dollar məbləğində cərimələyib.

 

Sfera.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi hüquq dairələrindəki mənbələrə istinadən xəbər verib.

 

Sentyabrın 10-da prokurorluq artistə qarşı sürətləndirilmiş məhkəmə proseduru çərçivəsində ittiham irəli sürüb ki, bu da adətən, xətalara qarşı tətbiq olunur. Bu yanaşmada məhkəməyə cərimə tətbiq etmək xahişi göndərilir.

 

Min Yun Ginin hökmə etiraz etmək üçün bir həftə vaxtı var.

 

Qeyd edək ki, polis 31 yaşlı ifaçını Seulun mərkəzi rayonlarından birində küçədə aşkar edib. O, elektrik skuterindən yıxıldıqdan sonra ayağa qalxmağa çalışırmış. Araşdırma zamanı onun qanında alkoqolun miqdarının 0.227% təşkil etdiyi müəyyənləşib. Ölkə qanunlarına görə, 0.08% səviyyəsi sürücülük vəsiqəsindən məhrum edilmək üçün hüquqi əsas yaradır.

 

Qeyd edək ki, qrup 2013-cü ildən yaranmasına baxmayaraq, bu müddət ərzində çox şeyə nail olub: Klipləri bir gündə baxış sayına görə dəfələrlə rekord qırıb, "Dynamite" mahnıları Cənubi Koreyaya 1,5 milyard dollara (2,5 milyard manat) qədər gəlir gətirib, bu səbəbdən "K-pop" (Koreya pop-musiqisi - red.) məktəb proqramlarına salınıb. Bundan başqa, BTS 2021-ci ilin artistləri seçilib.

 


OXŞAR XƏBƏRLƏR

“AzərEnerji”: COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib

"AzərEnerji" ASC COP29-un və ümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün üzərinə düş...

Avropa yeni böhran təhlükəsi ilə ÜZ-ÜZƏ: "Ehtiyatlar azalır, qiymətlər artır..."

Avropa yeni enerji böhranı astanasındadır.   Sfera.az bildirir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Qeyd olunub ki, anbarlarda...

Prezident onlara yüksək VƏZİFƏ VERDİ - FOTO

Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunub.   Sfera.az bu barədə agen...

Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verdi

Müdafiə naziri Zakir Həsənov qoşun xidmətinin təşkilinə, şəxsi heyətin döyüş hazırlığı və fərdi peşəkarlığına xüsusi diqqət yetirilməsi ilə bağlı aidiyyəti şəxs...

Leysan, şimşək, qar... - Hava ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ!

Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 25-i Azərbaycanın qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin dəyişəcəyi, qey...

Azərbaycanda minik avtomobili istehsalı 87 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda maşın və avadanlıqlar, nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşqular istehsalının ümumi dəyəri 643,...