“Bələdiyyə seçkiləri prezident seçkilərindən fərqli olmalıdır" - Siyavuş Novruzov

“Bələdiyyə seçkiləri prezident seçkilərindən fərqli olmalıdır" - Siyavuş Novruzov

“Bələdiyyə seçkiləri prezident seçkilərindən fərqli olmalıdır. Onlar eyni sənədləri toplamamalıdır”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin 30 sentyabr tarixli iclasında deputat Siyavuş Novruzov deyib.


Millət vəkili daha sonra bildirib ki, kiberdələduzluq barədə daha ciddi addımlar atılmalıdır:


“Vətəndaşları narahat edən problemlərdən biri də onların kartlarından pulların çıxılmasıdır. Bu məsələyə daha ciddi yanaşılmalı və qarşısı alınmalıdır”. 

 

S.Novruzov sonda təklif edib ki, qanuna müəllimlərin hüquqlarını qoruyan müddəalar əlavə olunsun:

 

“Biz həmişə müəllimə hörmətlə yanaşmışıq. Ola bilər ki, arasında pisləri də olsun. Lakin indi hərə bir telefonu alıb əlinə müəllimi çəkir. Nəsə olan kimi valideynlərin müəllimin üzərinə düşməsi və onların işdən çıxarılması düzgün deyil. Təklif edirəm ki, bir müddəa əlavə olunsun və müəllimlərin də hüquqları qorunsun”.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR