"Deyirdim, bir dəfə xoş söz de" - Dilarə Oqtaydan danışdı

"Deyirdim, bir dəfə xoş söz de" - Dilarə Oqtaydan danışdı

Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı Oqtay Əliyevin vəfatından sonra onun sağlığında qalmaqal yaşadığı insanlarla danışdığını açıqlayıb.

 

Sfera.az olay.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi “Pərvizə görə” layihəsində danışıb.

 

Aktrisa deyib ki, mərhumun sağlığında münasibətlərinin korlandığı məşhurlardan onunla əlaqə saxlayanlar olub:

 

“Həmişə deyirdim ki, Oqtay heç vaxt tərifləmir. Məni belə nə qədər tənqid edir. Tərifləsə də, mənə demirdi. Məsələn, kimsə deyirdi ki, ay Dilarə, Oqtay sənin monoloqunu göndərmişdi. Deyirəm, mənə deməyib. Əslində xoşuna gəlirdi, amma məni həmişə danlayırdı. Deyirdi, tez-tez danışırsan, başa düşülmədi və sairə. Həmişə tənqid edirdi. Deyirdim ki, bu qədər tənqid edirsən, bir dəfə xoş söz de. Məsələn, geyinib gəlirdin ki, ay Oqtay, paltarım necədi? Baxıb deyirdi ki, dırnağının rəngi nədir elə? Elə onumu gördün? Oqtayın sevməyi də, sevinməyi də danlaya-danlaya idi. Təsəvvür etmirəm ki, Oqtay baxıb desin ki, çox gözəlsən, ya da çox yaxşıdır. O, özü-özünə inanmazdı ki, bu, mən deyiləm. Biz də onu o cür qəbul etmişdik. Amma dediyiniz məqamlar oldu ki, kiməsə Oqtay sağlığında iradlar bildirmişdi, münasibətləri korlanmışdı… Belə məqamlar oldu. Lakin mən xoşlamıram, gəlib desin ki, filan şey oldu. O özünün içindən gəlirsə, rahatlığı üçün lazımdırsa, desin. Əgər deyilsə, ehtiyac yoxdu. İnsan əsas öz içi ilə barışmalıdır. Bizə görə də deyə bilər, nəyəsə xatir də deyə bilər, səmimi olmaya da bilər, halallıq üçün də olar”.


OXŞAR XƏBƏRLƏR

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...

ƏHALİNİN NƏZƏRİNƏ: 12 küçədə qaz olmayacaq

İyulun 15-də Mingəçevir şəhərinin bəzi küçələrində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (...