"Bu konfransa ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyi irəli sürülüb" - Nazir
Siyasət
10:17 / 30.09.2024
2432
Azərbaycanın 2026-cı ildə BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının növbəti, sayca 17-ci Tərəflər Konfransına ev sahibliyi etməsi üçün namizədliyi irəli sürülüb.
Sfera.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev Bakıda İqlim Fəaliyyəti Həftəsinin açılış mərasimində deyib.
Nazir bildirib ki, ev sahibliyi ilə bağlı yekun qərar bu ayın sonunda Kali şəhərindəki COP zamanı qəbul ediləcək.