Azərbaycanda dəhşətli hadisə: Mədəkiçiltmə əməliyyatı olunan qadın öldü

Azərbaycanda dəhşətli hadisə: Mədəkiçiltmə əməliyyatı olunan qadın öldü

Gəncədə mədəkiçiltmə əməliyyatı olunan şəxs vəfat edib.

 

Sfera.az-ın məlumatına görə, sentyabrın 21-i Gəncə şəhərindəki özəl klinikaların birində mədəkiçiltmə əməliyyatı etdirən və həmin klinikada müalicə alan Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü G.Bayramova dünən ölüb.

 

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

 

Məlumata görə, hadisə Gəncədə fəaliyyət göstərən "VMR Estetik" klinikasında baş verib. (Qafqazinfo)


OXŞAR XƏBƏRLƏR