İstilik sistemlərinin daha uzunömürlü olması üçün nə etmək lazımdır? – VİDEO
Bir çoxlarının başına gəlib, evdə quraşdırılan istilik sistemləri, yəni radiatorlar bəzən deşilərək tez sıradan çıxır. Bir çoxları iddia edir ki, mənzillərə verilən isti su çirkli-paslı olduğundan radiatorların tez aşınmasına gətirib çıxarır. Bəziləri isə iddia edir ki, radiatorlar keyfiyyətsiz olduğu üçün tez deşilir. Ümumiyyətlə, radiatorların uzunömürlü olmasını necə təmin etmək olar?
Vətəndaş iddia edir ki, mənzilindəki istilik sistemi keyfiyyətsiz su ucbatından tez sıradan çıxıb. Digər vətəndaş isə iddia edir ki, radiatorlar keyfiyyətsiz olduğu üçün tez sıradan çıxır.
Bəs əsl səbəb nədir? İstilik sistemi satanlar və ustalar deyir ki, "Azəristilik” ASC-dən istilik alan mənzillərdə radiatorların tez sıradan çıxması daha çox baş verir. Buna səbəb vurulan suyun tərkibinin təmiz olmamasıdır.
ASC isə bu iddialarla razılaşmırlar. Qurumdan "XəzərXəbər”ə bildiriblər ki, əksinə, onlar mənzillərə yumşaldılmış su verir. Su yumşaldıcı qurğularda natrium-kationid süzgəclərindən keçirilən suyun codluğu azaldılır.
Səbəbindən asılı olmayaraq, radiatorların daha uzunömürlü olması üçün nə etmək lazımdır?
Ustaların məsləhəti belədir:
Dəmir olmayan, panel yox, bölməli istilik sistemləri daha məsləhətlidir.
Sfera.az"XəzərXəbər”ə istinadən mövzu ilə bağlı videomaterialı təqdim edir.