Tovuzda qeyri-adi toy: Bəy maşınını traktor karvanı müşayiət etdi – FOTO
20:58 / 25.12.2016
1225
Tovuzun Aşağı Quşçu kəndində keçirilən toy mərasimində maraqlı hadisə qeydə alınıb.
Sfera.az Report-a istinadən xəbər verir ki, toy günü qız evinə yola düşən avtomobil karvanına gözlənilmədən 5 ədəd bəzəkli "Belarus" traktoru qoşulub.
Toyu olan Səməd Həsənlinin dostları onu bu şəkildə təəccübləndirmək istəyiblər. Qəribə toy karvanı ətrafdakıların da diqqətini cəlb edib.