Dağıstanda yanacaq məntəqəsində partlayış: ölənlər var - VİDEO

20:00 / 27.09.2024
5006
Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərinin kənarında yerləşən yanacaqdoldurma məntəqəsində partlayış olub.
Sfera.az xəbər verir ki, bu barədə TASS şəhər meriyasına istinadən məlumat yayıb.
Dağıstanın Səhiyyə Nazirliyindən bildirilib ki, partlayış nəticəsində 3 nəfər ölüb.
Rusiya KİV-i partlayışın yanacaqdoldurma məntəqəsində yanğına səbəb olduğunu yazır.