Dünyanın ən qəddar insanlarının uşaqlıq fotoları
Bir vaxtlar Jan-Jak Russo "insan təbiətən xeyirxah olur və yalnız cəmiyyət onu qəddar edir” söyləyib. Bu fikrin aşağıda təqdim etdiyimiz insanlara aid olub-olmadığına isə özünüz qərar verin. Sizlərə tarixdə olduqca xoşagəlməz iz qoymuş insanların uşaqlıq fotolarını təqdim edirik.
Anders Breyvik
Norveçli terrorçu və millətçi Anders Breyvik tərəfindən 2011-ci il iyulun 22-də təşkil edilən və törədilən iki terror aktı nəticəsində 77 nəfər ölüb.
Adolf Hitler
Adolf Hitler İkinci Dünya müharibəsinin başlıca təşkilatçılarından biridir. Nasist rejimin Almaniya vətəndaşları və işğal edilmiş ərazilərdə yaşayan insanlara qarşı törətdiyi çoxsaylı cinayətlər məhz onun adı ilə bağlıdır.
Benito Mussolini İtaliya faşist partiyasının rəhbəri (duçe) olub.
Usama ben Laden
Usama ben Laden "Əl-Qaidə” terror şəbəkəsinin lideri olub.
Henrix Himmler
Henrix Himler Hitlerin "sağ əli” olub.
Reynhard Heydrih
"Yəhudi məsələsinin yekun həlli”nin təşəbbüskarlarından biri. Hətta Hitler onu "dəmir ürəkli adam” adlandırıb.
Mənbə: İnteraz