Əhalinin borcu gəlirlərdən daha sürətlə ARTIR - RƏQƏMLƏR

Əhalinin borcu gəlirlərdən daha sürətlə ARTIR - RƏQƏMLƏR

Əhalinin borclarındakı artım gəlirlərdəki artım sürətini üstələyir.

 

Sfera.az xəbər verir ki, son illərdə əhalinin borc yükündəki artım gəlirlərdəki artımla müqayisədə daha böyük olub.

 

2019-cu ildə əhalinin sərəncamında adambaşına 10 100 manat gəlir qalıb. Həmin tarixdə əhalinin aldığı kreditlərə görə borcu adambaşına 1 160 manat idi. 2024-cü ilin iyulun 1-də əhalinin sərəncamında qalan adambaşına gəlir 13 300 manata, adambaşına borcların məbləği isə 2 274 manata yüksəlib.

 

Son 5 ildə əhalinin gəliri 31,6 faiz artdığı halda, borcları iki dəfəyə yaxın artıb. Əhalinin borc yükünün artmasının səbəbi yüksək kreditləşmə tempi olub.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR