Azərbaycanın üç bankı bazarın 50 faizindən çoxuna nəzarət edir - Müqayisə

Azərbaycanın üç bankı bazarın 50 faizindən çoxuna nəzarət edir - Müqayisə

Azərbaycanın bank sektorunda mövcud olan aktivlərin, depozitlərin və kredit qoyuluşlarının çoxuna cəmi 3 bank sahibdir.

 

Sfera.az Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir ki, aktivlərin 66 faizi, depozitlərin 63 faizi, kredit qoyuluşunun isə 54 faizi üç böyük banka məxsusdur. Bu banklardən biri dövlət (“Azərbaycan Beynəlxalq Bankı”), ikisi (“Kapital Bank” və “Paşa Bank”) özəl bankdır.

 

2024-cü ilin iyulun 1-də banklar 50,33 milyard manat aktivə sahib idi. Bunun 33,22 milyard manatı 3 böyük banka aiddir. Bank sektoru ilin birinci yarısının sonunda 25,43 milyard manat kredit qoyuluşunu həyata keçirib. Üç böyük bank kredit qoyuluşunun 13,73 milyard manatını təmin edib.

 

Qeyd edilən tarixdə bankların 35,2 milyard manat depoziti var idi. Bu qədər fiziki və hüquqi şəxslərdən cəlb edilən bu qədər vəsaitin 22,2 milyard manatı 3 böyük banka yerləşdirilib. 2024-cü ilin birinci yarısına aid olan məlumata əsasən, kreditlər üzrə ən böyük 3 bankın sistem üzrə bazar payının dinamikası 2024-cü ildə kredit portfeli üzrə təmərküzləşmənin artdığını göstərir.

 

Belə ki, 2023-ci illə müqayisədə ən böyük 3 bankın kredit portfeli üzrə bazar payı 1,4 faiz bəndi artaraq 53,8% olub. Aktivlər və depozit portfeli üzrə isə ən böyük 3 bankın bazar payında nəzərəçarpan dəyişiklik olmayıb.

 

Vasif

 

 


OXŞAR XƏBƏRLƏR