Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki...

Aparıcının qızının bağçada ölümü ilə bağlı YENİ DETALLAR - Görüntülərdən məlum oldu ki...

Xəbər verdiyimiz kimi, AzTV-nin əməkdaşı, aparıcı Həmid Əsədzadənin 2 yaşlı qızı Sədəf Əsədzadə uşaq bağçasında dünyasını dəyişib. Azyaşlının ürək problemi səbəbindən həyatını itirdiyi barədə məlumatlar yayılıb.
 

Sfera.az xəbər verir ki, hadisə “Candy kids” adlı özəl uşaq bağçasında baş verib.


Bundan əlavə, uşağın ürəyində hər hansı problem olmayıb.
 

Bağçadakı kamera görüntülərindən isə məlum olub ki, uşaq qida qəbul edərkən yemək parçası onun nəfəs borusunda qalıb. Nəticədə, azyaşlı nəfəs ala bilməyib və həyatını itirib.
 

Əldə edilən digər məlumata görə isə, uşağın ölümündə bağça müəllimlərinin səhlənkarlığı da mühüm rol oynayıb. 
 

Belə ki, onlar hadisə ilə bağlı təcili tibbi yardıma gec müraciət ediblər. Həkimlər hadisə yerinə gəldikləri zaman azyaşlının 1 saat öncə dünyasını dəyişdiyini müəyyən ediblər. Hətta uşağın həyatını itirməsi ilə bağlı xəbəri belə bağça rəhbərliyi deyil, valideynlərdən biri mərhumun ailəsinə çatdırıb. 
 

Qeyd edək ki, faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən müvafiq ekspertizalar təyin olunub. Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib.

 

Faktla bağlı araşdırma aparılır.(Bizim.Media)


OXŞAR XƏBƏRLƏR

Xaricdə bəzi analar südlərini fitness məşqçilərinə satmağa başlayıblar

Əlavə gəlir axtarışı indi tamamilə yeni səviyyəyə çatıb. ABŞ-da bəzi analar istehsal etdikləri ana südünü internet vasitəsilə sataraq minlərlə dollar qazanırlar...

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...