Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Güclü qasırğa ilə bağlı XƏBƏRDARLIQ - Bu tarixlərdə EHTİYATLI OLUN!

Günəşdəki dəyişiklikləri izləyən xarici laboratoriyaların məlumatına əsasən, oktyabrda Yerdə bir neçə maqnit qasırğası qeydə alınacaq.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu cür hadisələr hava şəraitindən asılı olan insanlar üçün təhlükəli ola bilər. Alimlərin fikrincə, oktyabrın hər həftəsi maqnit qasırğası olacaq.

 

İlk güclü maqnit qasırğası ayın əvvəlində, oktyabrın 3-dən 6-dək gözlənilir. Qasırğanın gücü əvvəlcə 4 bal olacaq, sonra 5 bala yüksələcək. Növbəti artan günəş aktivliyi oktyabrın 10-dan 12-dək gözlənilir. Birinci gün güc 4 bal, sonra ayın 11-də 5 bal, ayın 12-də isə 6 bala çatacaq. Oktyabrın 17-də zəif birgünlük maqnit qasırğası gözlənilir. Sonra oktyabrın 22-dən 26-na kimi yüksək günəş aktivliyi olacaq. Bu fırtına uzun, lakin zəif olacaq və 4 baldan yüksək olmayacaq.

 

Günəş enerjisinin son buraxılışı oktyabrın 29-da gözlənilir və bu fırtınanın gücü 4 bal olacaq.

 

Qeyd edək ki, bu proqnoz qeyri-dəqiqdir və ay ərzində dəyişə bilər. Çünki belə uzun müddət ərzində Günəşin davranışını proqnozlaşdırmaq çətindir. Alimlər bildirir ki, belə günlərdə hava şəraitindən asılı olan insanlar, yaşlı insanlar və xroniki xəstəlikləri olanlar özlərini pis hiss edə bilərlər. Ən çox görülən simptomlar başgicəllənmə, baş ağrısı, ürəkbulanma, əzələ və oynaq ağrıları, yuxusuzluq, əsəbilik və yüksək təzyiqdir.

 

Maqnit qasırğası günlərində alkoqol və enerji içkilərini içmək, qəhvədən çox istifadə etmək, yağlı, ədviyyatlı, zərərli qidalar yemək, əsəbiləşmək, yuxu rejimini pozmaq məsləhət deyil.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Barmaqlar suda niyə qırışır? - Alimlər gözlənilməz cavabla üzləşdilər

Binqemton Universitetindən olan amerikalı alimlər maraqlı bir fenomenin - barmaqların suda uzun müddət qaldıqdan sonra qırışmasının əsl səbəbini müəyyən ediblər...

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...