Rusiyada ukraynalılara qarşı 5 mindən çox cinayət işi başlanılıb

Dünya
00:23 / 27.09.2024
2196
2014-cü ildən bəri Rusiya istintaq orqanları Ukrayna hərbi və siyasi hakimiyyət orqanlarının nümayəndələrinə, o cümlədən millətçi strukturlara qarşı 5300-dən çox cinayət işi açıb.
Sfera.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, onlardan 800-ü Ukrayna silahlı qüvvələrinin tərkibində Rusiya Federasiyasına qarşı döyüşən xarici muzdlulara qarşıdır.
Müəyyən edilmiş müddət ərzində Ukrayna silahlı qüvvələrinin tərkibində Rusiya qoşunlarına qarşı döyüşən 785 əcnəbi muzdlu artıq məsuliyyətə cəlb edilib.
İnci