Bu tarixdə Super Ay müşahidə olunacaq

Cəmiyyət
23:20 / 26.09.2024
1983
Bu il oktyabrın 17-də super Ay müşahidə olunacaq.
Sfera.az xəbər verir ki, həmin gün tam ay öz orbitinin planetimizə ən yaxın nöqtəsindən keçəcək. Beləliklə, oktyabrın 17-də, Bakı vaxtı ilə saat 04:47-də Ay 357 172 km olan planetimizə ən yaxın məsafədə olacaq. Tam ay həmin gün Bakı vaxtı ilə saat 15:28-də başlayacaq.
Alimlər qeyd edirlər ki, həmin hadisələr arasında vaxt fərqi 10 saat 31 dəqiqədir. Super Ay zamanı Ay vizual olaraq adi tam aylara nisbətən 13,5 faiz daha böyük görünür.
İnci