Ərdoğan: Türkiyə Ukrayna ilə bağlı sülh konfransı təşkil etməyə hazırdır


Ərdoğan: Türkiyə Ukrayna ilə bağlı sülh konfransı təşkil etməyə hazırdır

Türkiyə Ukraynadakı münaqişənin həlli üçün sülh konfransı təşkil etməyə hazırdır.


Sfera.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.


“Biz bu konfransda olmağa hazır olduğumuzu bildirdik. Həm xarici işlər naziri Hakan Fidan, həm də kəşfiyyat təşkilatımız onlarla əlaqə saxlayacaq. Ümid edirik ki, Türkiyə olaraq bölgədə sülhün bərqərar olmasında iştirak edəcəyik”, - deyə Türkiyə lideri qeyd edib.


Ərdoğan əlavə edib ki, Ukrayna münaqişəsi dialoq və diplomatiya yolu ilə həll edilə bilər. Prezidentin sözlərinə görə, prosesin bütün iştirakçılarının buna inanması lazımdır, lakin indiki vəziyyətdə belə bir nəticə çox uzaqdır.
 

Sentyabrın 24-də Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı bildirib ki, dünya Ukrayna münaqişəsini həll etməkdən hələ də uzaqdır. Türkiyə liderinin sözlərinə görə, Moskva ilə Kiyev arasında münaqişə üç ildir davam edir. Ərdoğan xəbərdarlıq edib ki, silahlanma yarışı sürətləndikcə diplomatiya üçün məkan daralır.
 

Sentyabrın 25-də Türkiyə prezidenti ukraynalı həmkarı Volodimir Zelenski ilə görüş keçirib, o, atəşkəs və taxıl sazişi ilə bağlı vədlər verib.


İnci

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Egey sahilində 4,9 maqnitudalı zəlzələ olub.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Age...

Hüquqşünas kazinolarda və lüks yerlərə müştərilərin 9 milyon dollardan çox pulunu
Kaliforniya ştatının Nyuport-Biç şəhərində vəkil olan 41 yaşlı Sara Jaklin Kinq çoxmilyonluq fırıldaqçılıq planında rol aldığı üçün mayın 5-də 21 ay müddətinə f...

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...