Qaradağda ağacəkmə aksiyası- FOTOLAR

Cəmiyyət
19:38 / 26.09.2024
2777
Qaradağ rayonunda 27 sentyabr - Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq ağacəkmə aksiyası keçirilib.
Sfera.az xəbər verir ki, aksiya Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı dairəvi yolunun 6-cı kilometrliyində, “Sədərək” Ticarət Mərkəzinin yaxınlığında baş tutub.
Ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, deputatlar, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələrinin üzvləri iştirak edib.