Bu şəxslər toylarını ləğv etməlidirlər – Xoşbəxt ola bilməyəcəksiniz!

Toy hazırlığı edən zaman bəzi nüanslar insanı evlilik qərarından daşındıra bilər.
Sfera.az bu qərara səbəb ola biləcək nüansları təqdim edir:
Evlənəcəyiniz şəxsin ailəsi ilə dil tapa bilmirsinizsə, evlənmək qərarınızdan dönməlisiniz. İnsanların əksəriyyəti toydan sonra bütün ailə problemlərinin həll olunacağını düşünürlər. Amma bu, yalnışdır.
Münasibətinizin müddəti bir ildən qısadırsa, evlənmək məsləhət deyil. Əksər insanlar münasibətlərin ilk on iki ayı ərzində özlərini yaxşı tərəfdən göstərirlər. Bir ildən sonra isə hər kəs əsl üzünü göstərir. Bu səbəbdən, münasibət qısamüddətlidirsə, evlilik barədə ciddi düşünmək lazımdır.
Gələcək haqqında ortaq qərara gələ bilməmək də toyun ləğv edilməsi üçün əsas səbəblərdən biridir. Cütlüklər toyu planlayarkən adətən bir həyatı paylaşmağın əsas detalları haqqında danışmağı unudurlar. Uşaqların sayını, harada yaşayacağınızı və ya ev işləri bölgüsünü planlaşdırmaq çox vacibdir. Bu kimi məsələlərdə razılığa gələ bilmirsinizsə, evlənmək tövsiyə olunmur.
Ülkər Abdurahmanlı