“Tost”un idarəçiləri pulu götürüb ARADAN ÇIXDILAR - Minlərlə azərbaycanlı ziyandadır

“Tost”un idarəçiləri pulu götürüb ARADAN ÇIXDILAR - Minlərlə azərbaycanlı ziyandadır

““Tost” maliyyə piramidasının idarəçiləri bütün vəsaiti götürərək yoxa çıxıblar”.

 

Sfera.az bildirir ki, bunu texnobloger Fərid Pərdəşünas deyib.

 

Onun sözlərinə görə, bu gün ödənilməli olan ödənişlərin heç biri baş tutmayıb: “Minlərlə azərbaycanlı ailəsi son qazancını, kreditə götürdüyü vəsaiti, toy qızıllarını satıb bu şəbəkəyə yatırmışdı. Çox sayda insan pərişan vəziyyətdə qalıb. Bu platformadan qazananlar anlamırlar ki, onlar sadəcə başqalarının vəsaitini götürürdülər. Piramida böyüdükcə verdiyi zərər artır”.

 

F.Pərdəşünas bildirib ki, hazırda verilən zərər böyükdür və insanlar Daxili İşlər Nazirliyinə axın edəcək:

 

“Bildirmək istəyirəm ki, hər şey nəzarət altındadır. Lazımi tədbirlər alınıb və bu növ hədələrə qarşı ən sərt tədbirlər görüləcək”.

 

Qeyd edək ki, ötən gün bununla bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Məlumatda qeyd olunub ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində həmin maliyyə piramidası ilə bağlı araşdırma aparılır və nəticəsi barədə məlumat veriləcək.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...